Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ağsuda 1 tondan artıq çətənə kolu yandırılıb - FOTO

Ağsuda 1 tondan artıq çətənə kolu yandırılıb - FOTO

Tarix: 29 Iyun 2021 20:46

Ağsuda 1 tondan artıq çətənə kolu yandırılıb.

Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri "Xaş-xaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Dilman kəndində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, ümumi çəkisi 1 ton 100 kiloqram olan 2670 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılmaqla məhv edilib.

Milli.Az


Etiketlər:  Ağsuda 1 tondan artıq çətənə kolu yandırılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ