Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyun 2021 21:16
"Kantar" agentliyi dünyada ən bahalı brendlərin növbəti reytinq cədvəlini dərc edib. Dəyəri 683,85 milyard dollar məbləğində qiymətləndirilmiş "Amazon" şirkəti öz liderliyini qoruyub saxlayıb.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, dəyəri 612 milyard dollar olan "Apple" brendi ikinci mövqedə qərarlaşıb. 458 milyard dollar dəyərə malik "Google" şirkəti üçüncü yeri tutub, "Microsoft" isə dördüncü olub.
Reytinqdə ilk onluqda, həmçinin Çinin "Tencent" şirkəti, "Facebook", "Alibaba", "Visa", "McDonald's" və "Mastercard" kimi şirkətlər yerləşiblər. Yenilənmiş reytinqə 13 yeni şirkət daxil edilib.