Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

O da təcavüzə məruz qaldığını açıqladı

O da təcavüzə məruz qaldığını açıqladı

Tarix: 30 Iyun 2021 12:25

Babası tərəfindən təcavüzə məruz qaldığını açıqlayan aktrisa Hafsanur Sancaktutanın ardından həmkarı Seray Kaya da oxşar olayın qurbanı olduğunu etiraf edib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial media hesabında paylaşım edən aktrisa dostunun atası tərəfindən cinsi istismara məruz qaldığını bildirib:

"Mən də uşaq idim. Ailəmə deməkdən çox qorxdum və susdum. Dostumun atası tərəfindən dəfələrlə məruz qaldığım cinsi istismara görə günahkar deyiləm. Artıq qorxmuram. Bir-birimizin səsi olmağa davam edəcəyəm və istismara məruz qalan, eşidilməyən uşaqlar üçün səs olacağam".

Qeyd edək ki, 7 və 9 yaşlı qızını ögey atası ilə birgə satan ananın sərbəst qalmağından sonra sosial şəbəkədə məşhurlar etiraz ismarışları paylaşmağa başlayıb.


Etiketlər:  təcavüzə məruz qaldığını açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ