Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fərizə: ''Sənin arxanca mütləq gələcəyəm'' - Faciənin yaratdığı Sevgililər Günü

Fərizə: ''Sənin arxanca mütləq gələcəyəm'' - Faciənin yaratdığı Sevgililər Günü

Tarix: 30 Iyun 2021 13:30

20 yanvar faciəsinin qurbanı olmuş İlham və Fərizənin toy günü - 30 iyun tarixi Azərbaycanda Sevgilər Günü kimi qeyd olunur. 30 iyun təkcə iki gəncin bir-birini sevdiyi, həmçinin iki gəncin şəhid taleyi də deyil. 30 iyun bir millətin yaşadığı tarixdir.

Yəni 20 yanvar hadisələri baş verməsəydi, 30 iyun bayram gününə çevrilməzdi. Bu, böyük sevgilərin, mübariz insanların düşüncəsini, məqsədini gerçəkləşdirən tarixdir. Bu hisslər, ali dəyərlər, mübarizələr Azərbaycanı müstəqilliyə qovuşdurdu.  

Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, İlhamla Fərizə Azərbaycanın tarixində elə hadisədir ki, o dünya xalqlarının heç birinin tarixində yoxdur. 

1989-cu il iyun ayının 11-də Fərizənin, iyunun 30-da isə İlhamın toyu olub. Beləcə, bir-birinə qovuşan gənclər 6 ay birgə xoşbəxt tale yaşayıblar.

1990-cı il 19-undan 20 yanvara keçən gecə baş verən hadisədə düşmənin hücumu qarşısına çıxan ər oğullar içərisində İlham da var idi və şəhid olanların içərisində onun da adı oldu. Narahat yaşayan Fərizə son saatlarını yaşayır.

Fərizə elə bil başqa dünyada idi. Heç kimi gözü görmürdü. İlhamın "Şəhidlər Xiyabanı"nda basdırılacağını eşidən kimi, qərarını qətiləşdirir. İlhamın nəşi Xırdalandakı məzardan çıxarılan gün, səhər saat 5-6 radələrində qatı sirkə turşusu içib özünü öldürür. Bu, İlhamla bir məzarda dəfn olunmaq, onu yalnız qoymamaq istəyi idi: 

"Mən sənsiz yaşaya bilməyəcəm. İlham, mən sənin arxanca mütləq gələcəm". 

Sonda qeyd edək ki, Azərbaycanda intiharların sayı kəskin artıb. Bunun səbəbləri isə sevgidən çox sosial-psixoloji problemlərdir. Amma yetişən nəsil, gənclər, orta yaşlılar da bilməlidir ki, İlham dünyalar qədər sevdiyi həyat yoldaşını evdə tək qoyub tankların önünə atılmırdı ki, müstəqil Azərbaycanın övladları intihar etsin.

Fərizə intiharıyla bir sevginin ən böyük imperiyaya qalib gəldiyini isbatladı. Onlar 6 ay idi ki, səadətlərinə isinişdikləri mənzili son mənzilə dəyişmədilər ki, onillər sonra Azərbaycanda intihar azadlığı olsun.  

İlham və Fərizənin sevgisinin kökündə bizim müstəqil Azərbaycanda doğulmağımız, yaşamağımız arzusu vardı. İntihar etməyimiz yox! 


Etiketlər:  Fərizə Sənin arxanca mütləq gələcəyəm Faciənin yaratdığı Sevgililər Günü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ