Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avstraliyada dünyanın ən böyük radioteleskopunun inşasına başlanılıb

Avstraliyada dünyanın ən böyük radioteleskopunun inşasına başlanılıb

Tarix: 30 Iyun 2021 22:10

SKA (Square Kilometre Array) layihəsinin iştirakçısı olan dövlətlər eyniadlı radioteleskopun inşası layihəsini rəsmən təsdiqləyiblər.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Avropa Astronomiya Cəmiyyətinin (EAS) illik görüşündə çıxış edən layihə rəhbərləri Avstraliyanın qərbində yerləşəcək radioteleskopun inşasının 2028-ci ildə başa çatacağını deyib.

"Bu anı 30 ildir gözləyirdik. Planetimizdəki ən böyük elmi obyektin inşasına sərmayə qoymaqla bəşəriyyət növbəti nəhəng sıçrayışı həyata keçirib. Kainatın bir çox sirrini öyrənməkdə bizə kömək edəcək ən böyük və ən mürəkkəb iki radioteleskop quracağıq", - deyə SKA rəsədxanasının Baş direktoru Filip Daymond bildirib.

Onun sözlərinə görə, ötən həftə rəsədxananın yeddi iştirakçı ölkəsi - Avstraliya, Çin, İtaliya, Niderland, Portuqaliya, Cənubi Afrika Respublikası və Böyük Britaniya tikinti planlarını rəsmən təsdiqləyib. Üzv ölkələr teleskopun inşasına və istismarına 2 milyard avrodan çox vəsait ayıracaq.

Artıq rəsədxana ərazisində tikinti işlərinə start verilib, lakin tam həcmli inşaat gələn ilin əvvəlində, SKA layihəsinə üzv olan bütün ölkələrin müəssisələri və tədqiqat mərkəzləri ilə müqavilələr imzalandıqdan sonra başlayacaq.

Qeyd edək ki, layihənin Avstraliya hissəsində inşaat işlərinin 2028-ci ildə tamamlanması planlaşdırılır. SKA teleskopu bir kvadratkilometr sahəsi olan nəhəng virtual antenada birləşən ayrı-ayrı üç min antenadan ibarət olacaq. Alimlər ilk elmi məlumatların antena və məlumat emalı sisteminin istismara verilməsindən sonrakı bir neçə il ərzində alınacağını gözləyirlər. Rəsədxananın azı 50 il fəaliyyət göstərəcəyi deyilir.


Etiketlər:  Avstraliyada dünyanın böyük radioteleskopunun inşasına başlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ