Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniya xəzinəsi bu il 25 milyard avro itirəcək

Almaniya xəzinəsi bu il 25 milyard avro itirəcək

Tarix: 30 Iyun 2021 22:36

Almaniya alimlərinin apardıqları tədqiqatlara uyğun olaraq, ölkə iqtisadiyyatı bu il 25 milyard avro ziyana düşəcək.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu, koronavirus pandemiyası nəticəsində xammal çatışmazlığı və onun tədarükü ilə bağlı yaranan çətinliklərin mənfi təsirlərindən birinə çevriləcək. Bu amillər alman sənayesinin işinə öz mənfi təsirini göstərib. Dünyanı cənginə almış koronavirus pandemiyası ona gətirib çıxarıb ki, sənayenin işində zəruri olan bəzi dəstləşdirilmə ləvazimatları defisitə çevrilib. Bunun nəticəsində onlar bahalaşıb. Yekunda yerinə yetirilməyən sifarişlərin siyahısı artır. Aydındır ki, belə halda iqtisadiyyat itkiyə məruz qalır, onun sürətinin bərpası isə buna kifayət etmir.

Bu itkilər 25 milyard avro hesablanıb. Bununla yanaşı, ilin ikinci rübündə qeyri-sabit tədarük ucbatından ölkədə istehsal sürəti 1 faiz aşağı düşüb. Üçüncü rübdə vəziyyətin əhəmiyyətli dərəcədə yaxşılaşması gözlənilir. Xammal və materialların vaxtlı-vaxtında çatdırılması sənaye istehsalının daha sürətlə atmasına imkan verəcək. Lakin ekspertlərin fikrincə, itirilənləri geri qaytarmaq çətin ki, mümkün olacaq.


Etiketlər:  Almaniya xəzinəsi milyard avro itirəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ