Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uqandada 800-dən çox insana saxta koronavirus peyvəndi vurulub

Uqandada 800-dən çox insana saxta koronavirus  peyvəndi vurulub

Tarix: 1 Iyul 2021 08:14

Uqandada 800-dən çox insana saxta koronavirus peyvəndi vurulub, onların bəziləri pandemiyanın ikinci dalğasında həlak olub.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə yerli "Daily Monitor" səhiyyə monitorinqi bölməsinə istinadən məlumat yayıb.

Bölmə rəhbəri Uollen Namara bildirib ki, hazırda axtarışda olan bir həkim də daxil olmaqla şübhəlilərin hamısı 15 May - 17 İyun tarixləri arasında vətəndaşları və bir sıra şirkətləri aldadaraq, saxta peyvəndlər vurulduğunu qeyd ediblər. Rəsmi qurumlar pul qarşılığında peyvənd vuran iki tibb bacısını saxlayıblar və peyvənd vurulanların siyahıları, verilən sertifikatlar ələ keçirilib.

Monitorinq bölməsinin rəhbəri vətəndaşları narahat olmamağa çağırıb, çünki güman olunur ki, dələduzlar oğurladıqları ampulanın içərisinə adi su töküblər.


Etiketlər:  Uqandada dən çox insana saxta koronavirus peyvəndi vurulub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ