Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Yuventus''dan Dibala ilə bağlı son qərar

''Yuventus''dan Dibala ilə bağlı son qərar

Tarix: 8 Avqust 2019 14:56

"Yuventus" futbolçusu Paulo Dibala ilə bağlı yekun qərarını verib.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, 25 yaşlı hücumçunu komandada saxlamaq qərarına gəlib. Turin təmsilçisi maraqlandığı "Mançester Yunayted"in futbolçusu Romelu Lukakunun "İnter"lə razılığa gəlməsindən sonra bu addımı atıb. Beləliklə, argentinalı futbolçu  yeni mövsüm də A seriyası klubunda oynayacaq.

Qeyd edək ki, Dibala 2015-ci ildən "Yuventus"un şərəfini qoruyur.

Xatırladaq ki, Dibala ilə "Tottenhem" və "Mançester Yunayted"in maraqlandığı iddia olunurdu.

 


Etiketlər:  Yuventusdan Dibala ilə bağlı qərar


RƏYLƏR