Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2021 03:00
Bu gündən Azərbaycanda şənlik mərasimlərinin, o cümlədən toyların keçirilməsinə icazə verilir. Toylar 50-150 nəfər arasında keçirilə biləcək. Toy xəbərinə cütlüklər qədər müğənni və musiqiçilərimiz də sevinir.
Sonxeber.net big.az-a istinadən xəbər verir ki, məşhur müğənnilərimizin il yarımdan sonra ilk toy günü təəssüratlarını, qiymətlərdəki dəyişiklik barədə fikirlərini öyrənilib. Məşhurlardan bəziləri toyların az olmasından, bəziləri isə ümumiyyətlə bu barədə danışmaq istəmədiklərini dedilər.
Müğənni Manaf Ağayev toyların əvvəlki illərlə müqayisədə az olduğunu dedi: "Toy yazdıranların sayı əvvəlki illərlə müqayisədə azdır. İnsanlar hələ bilmir nəyi necə etmək lazımdır. Hələ qaydaları tam başa düşmürlər. Bu gündən sonra biləcəklər ki, qaydalara necə əməl etmək lazımdır. Hələ toya getməyənə qədər heç nə demək olmur. Qiymətlərdə heç bir dəyişiklik yoxdur. Əvvəlki illərdə necə idisə indi də elə".
Mətanət Əsədova isə ümümiyyətlə danışmaq istəmədi : "Bu mənim şəxsi məsələmdir. Bununla bağlı danışmaq istəmirəm. Mən heç kimin işinə qarışmıram axı. Ona görə bu da mənə aid məsələdir".
Xuraman Şuşalı isə məclislərini yazdıranlardan razılıq etdi hətta qazi toylarını təmənnasız edəcəyini də açıqladı : "Qiymətlərimiz müştərinin istəyinə uyğun olur. Yəni bütöv ansambl olanda təbii ki, qiymət də artıq olur. Amma elə müştəri var ki, mini ansambl istəyir onda da biz də qiyməti aşağı edirik. İndi pandemiya dövrüdür insanların vəziyyəti yaxşı olmadığı üçün hər büdcəyə uyğun bizdə qiymət var. Yəni müştərinin istəyindən asılıdır hamısı. Bizim işimiz çox əziyyətlidir pulsuz da edə bilmərik. Məclisin əvvəlindən axırına kimi bir dəqiqə oturmuram. Həm oxuyuram həm aparıcılıq edirəm. Müştərilərimiz də şükür ödəyirlər. Məclislərimiz də şükür var. Onların arasında qazilərimiz də var. Qazi məclislərini təmənnasız edəcəm. Əgər icazə versələr paylaşım edəcəm verməsələr etməyəcəm. Mənə reklam lazım deyil. Məclislərimizin sayı ama çox azalıb. Düşünürdüm ki, iki ilə yaxındır toylar dayanıb açılan kimi bir günə iki toy olacaq. Amma elə olmadı. İnsanlarda büdcə yoxdu o pulu ödəməyə. Bu yaxınlarda eşitmişəm ki, bir restoran menyu qiymətini 400 manat edib. Bunu hansısa məmur edə bilər. Adi vətəndaş bu toyu edə bilməz. Bu qiymətləri niyə qaldırırlar, hansı səbəbə qaldırırlar bilmirəm. Marketlərə giririk qiymətlər bahadı. Bir iki şey alırsan 50 manat edir. İnşallah ki, buna bir nəzarət olar. Hamı yardım istəyir. Allah hamıya kömək olsun. Qiymətləri qaldıranlara demək istəyirəm ki, biraz vicdanlı olun. Başa düşürəm özünüzü brend etmək istəyirsiz. Guya bunlara desinlər brenddirlər, bu qiymətə gedirlər. Camaatın halına yanın biraz".
Vasif Məhərrəmli də bu mövzu haqqında danışmaq istəməyənlərdən oldu: "Hər müğənninin özünə məxsus olan bir şeydir. Kimsə bu barədə açıqlama verirsə versin amma mən danışmaq istəmirəm bu barədə".
Pərviz Bülbülə isə toya əvvəlki illərdəki qiymətinə gedəcəyini bildirdi : "Toylar bu gündən başlayır. Şükür Allaha yazdıranlar var. Qiymətlərimizdə heç bir fərq yoxdu. Pandemiyadan öncə necə idisə indi də elədi. Mən bütöv toya getmirəm maksimum yarım saat oluram toyda. Qiymət də toydan asılıdır".