Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2021 09:44
Albaniya parlamenti Türkiyədə istehsal olunan pilotsuz uçuş aparatlarını (PUA) almaq üçün ölkənin Müdafiə Nazirliyinin büdcəsinə əlavə səkkiz milyon avro vəsait ayrılmasını təsdiqləyib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Bildirilib ki, Albaniyanın Türkiyədən PUA alması barədə razılaşma bu ölkənin baş naziri Edi Ramanın ötən ay Ankaraya səfəri zamanı əldə olunub.
"Albaniya hökuməti Türkiyə PUA-ları ilə yolları, sahil zolaqlarını, meşələri, ictimai asayişin mühafizəsini gücləndirmək niyyətindədir", - baş nazir razılaşma barədə danışarkən deyib.