Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şadlıq sarayları və restoranlarda monitorinqlərə başlanılıb - VİDEO

Şadlıq sarayları və restoranlarda monitorinqlərə başlanılıb - VİDEO

Tarix: 2 Iyul 2021 10:10

Bu gündən ölkə ərazisində toy, nişan, ad günlərinin keçirilməsinə icazə verilib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, mərasimlərdə pandemiya qaydalarına əməl olunmasına nəzarət məqsədilə monitorinqlərə başlanılıb.

Monitorinqlər polis və Qida Təhlükəsizliyi Agentliynin əməkdaşları tərəfindən aparılır.

Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Əkbər Əliyev deyib ki, monitorinqlər zamanı sıxlıq normalarına riayət olunması, eyni zamanda COVID-19 pandemiyası ilə əlaqədar ictimai iaşə müəssislərində profilaktiki işlərlə bağlı metodiki göstərişlərin tələblərinə əməl edilməsi yerində yoxlanılır.

Əkbər Əliyev bildirib ki, bu gün ərazində Bakıda 20-ə yaxın şənlik mərasimlərinin keçirilməsi ilə əlaqədar şadlıq sarayları portaldan qeydiyyatdan keçiblər. Həmin şadlıq saraylarında mərasimlərin keçiriləcəyi saata kimi monitorinqlər aparılıb.

Daxili İşlər Nazirliyinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev isə bildirib ki, 50 nəfərədək olan şənlik mərasimlərində COVID-19 pasportu tələb olunmadığı üçün tibbi maska taxmaq mütləqdir. 50 nəfərdən 150 nəfərədək olan toy, nişan və ad günü tədbirlərində isə COVID-19 pasportu tələb olunduğu üçün tibbi maska tələbi yoxdur.

Elşad Hacıyev həmçinin vurğulayıb ki, İnzibati Xətalar Məcəlləsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 4000 manatdan 5000 manatadək cərimə edilir. Yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 5000 manatdan 11 000 manatadək məbləğdə cərimə edilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Şadlıq sarayları restoranlarda monitorinqlərə başlanılıb VİDEO


RƏYLƏR