Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimi sona çatdı - FOTO

Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimi sona çatdı - FOTO

Tarix: 2 Iyul 2021 18:38

İyunun 21-dən müxtəlif ölkələri təmsil edən komandaların iştirakı ilə Türkiyə Respublikasının Konya şəhərində keçirilən "Anadolu Qartalı - 2021" beynəlxalq taktiki-uçuş təlimi sona çatıb.

Təlimin bağlanış mərasimində aviasiya vasitələrinin fəaliyyəti təhlil olunub, əldə olunan nailiyyətlər diqqətə çatdırılıb, planlaşdırılan birgə işlər müzakirə edilib.

Verilən bütün tapşırıqları peşəkarlıqla icra edən hərbi pilotların göstərdikləri nəticələr təlimin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib, bütün ölkələrin komandalarına təşəkkür edilib və hədiyyələr təqdim olunub.

"Anadolu Qartalı - 2021" beynəlxalq taktiki-uçuş təlimində Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 və 2 ədəd Su-25 təyyarəsi iştirak edib.

Milli.Az


Etiketlər:  Anadolu Qartalı 2021 beynəlxalq taktiki uçuş təlimi sona çatdı FOTO


RƏYLƏR