Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyul 2021 08:28
Kanadanın qərbində yerləşən Britaniya Kolumbiyası vilayətində anomal istilər azı 719 nəfərin ölümünə səbəb olub. Bu gözlənilən saydan üç dəfə çoxdur.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bu qədər insan son bir həftə ərzində ölüb. Dünyasını dəyişənlərin içərisində yaşlı insanlar üstünlük təşkil edir. Ölümlərin qarşısını almaq üçün xüsusi soyuducularla təchiz edilən məntəqələr yaradılıb.
Bundan əvvəl Britaniya Kolumbiyası əyalətində yerləşən Lutton yaşayış məntəqəsi meşə yanğınları nəticəsində tamamilə məhv olub. Mindən çox sakinə 15 dəqiqə ərzində yaşayış məntəqəsini tərk etmək göstərişi verilib.