Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2021 18:38
Roma Papası Fransisk divertiküler bağırsaq xəstəliyi ilə əlaqədar Romadakı Cemelli klinikasında əməliyyat olunacaq.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Roma Papasının mətbuat xidməti məlumat yayıb.
Roma Papası Fransisk bu gün əməliyyat ediləcək. Vatikanın mətbuat xidməti əməliyyatdan sonra məlumat yayacaq.
Qeyd edək ki, Roma Papası bu gün ənənəvi dua mərasimində iştirak edib, dindarlara 12-15 sentyabr tarixlərində Budapeşt və Sloveniyaya səyahət edəcəyi barədə məlumat verib.