Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çili tarixində ilk dəfə yeni, demokratik konstitusiya hazırlanacaq

Çili tarixində ilk dəfə yeni, demokratik konstitusiya hazırlanacaq

Tarix: 4 Iyul 2021 19:56

İyulun 4-də Çilidə ölkə tarixində ilk dəfə yeni demokratik konstitusiya hazırlanmasına başlanacaq. Bu məqsədlə yaradılmış Konstitusiya Məclisinin 155 üzvünün hamısı ölkə vətəndaşları tərəfindən seçilib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, iyunun 30-da Konstitusiya Məclisinin işləməsi üçün Çili hökuməti ona bir köhnə bina ayırıb. 1973-cü il dövlət çevrilişinə qədər Milli Konqres işlədiyi həmin binada yeni konstitusiyanın hazırlanmasına başlamaq üçün hər cür şərait yaradıb.

Konstitusiya Məclisinin işləməsi üçün iyulun 4-dən etibarən 9 ay vaxt veriləcək və zəruri halda bu müddət daha 3 ay artırılacaq. Konstitusiyanın layihəsi 2022-ci ilin ikinci yarısında referenduma təqdim ediləcək. Bu tədbir Çilinin yeni hökumətinin vaxtında keçiriləcək, çünki indiki Prezident Sebastyan Pinyeranın səlahiyyət müddəti gələn il mart ayında başa çatır.

2020-ci il oktyabrın 25-də Çilidə Auqusto Pinoçetin diktaturası dövründə (1973-1990-cı illər) qəbul edilmiş sənədin əvəzinə yeni konstitusiya hazırlamağın zəruriliyi məsələsinə dair referendum keçirilib. Çili vətəndaşlarının təqribən 80 faizi ölkənin Əsas Qanununun dəyişdirilməsi təklifinin lehinə səs verib.

Konstitusiya Məclisinin yaradılması 2019-cu il oktyabrın 18-də Çilidə başlanmış ümumxalq etirazlarının nəticəsidir. O vaxt əvvəlcə minlərlə tələbə, sonra isə geniş əhali təbəqələrinin nümayəndələri sosial hərəkata qoşuldu. Elə həmin il noyabrın 15-də böhrandan çıxış başlandı: hökumət təzyiqə davam gətirməyərək siyasi və parlament sazişinə şərait yaratdı. Nəticədə konstitusion dəyişikliklərə yol açıldı, xalq özü yeni konstitusiya xartiyasının hazırlanmasına razılıq verdi.

Konstitusiya Məclisinin sədri vəzifəsinə iki namizəd irəli sürülüb: yerli mapuçe hindularının dili üzrə mütəxəssis, yerli xalqlar və solçu təbəqələr tərəfindən dəstəklənən Eliza Lonkon və sosial-demokratların nümayəndəsi, jurnalist Patrisia Politser.


Etiketlər:  Çili tarixində dəfə yeni demokratik konstitusiya hazırlanacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ