Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2021 04:12
Kanadanın Britaniya Kolumbiyası əyalətində son həftə ərzində isti hava ilə bağlı 700-dən çox insan ölüb.
Sonxeber.net xəbər verir ki, bu barədə əyalətin baş məhkəmə-tibb eksperti Liza Lapoynt bildirib.
O qeyd edib ki, iyunun 25-dən iyulun 1-dək günvurmadan 719 ölüm hadisəsi qeydə alınıb:
"Bu, analoji dövrlə müqayisədə istidən ölüm faizinin adi göstəricilərini 3 dəfə ötüb.
Rekord temperatur kiçik şəhərcik Litonda qeydə alınıb. Orada isti havadan bütün evlər yanıb. Şəhərcik Yer üzündən silinib".