Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2019 00:00
Bakı. İlhamə İsabalayeva - Trend:
Xaçmaz rayonunun Səlim-oba kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 7-də saat 15 radələrində Xaçmaz rayonunun Səlim-oba kəndi ərazisində Xudat şəhər sakini Mətləb Mirzəyev idarə etdiyi "Hyundai" markalı avtomobili yolun kənarındakı ağaca vurub.
Xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin