Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2021 20:40
"İncəsənət camiyəsində fərqli insanlar var. Onlardan diqqətli olsunlar. 80 faizi düzgün, dürüst deyillər. Ailə qurmaq istəyirdim. Əvvəl həmin adamla münasibətdə bunu düşünmürdüm. Amma sonradan ona doğru gedirdim. Onun diqqəti üstümdə çox idi".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərlinin övladlığa götürdüyü oğlu, aktyor Corc Qafarov "Zaurla Günaydın" verilişində deyib. O, yaşadığı sevgidən və qızın onun aldatmasından danışıb:
"Ona aldanıb ailə qurmaq istəyirdim. Onun ətrafında dostlar var idi ki, buna doğru aparırdılar. Sadəcə istəyirəm ki, ətrafımdakı düzgün insanlar onlardan zərər görsün.
Qız tərəfin özü də incəsənət camiyəsindədir. Təəssüf ki, elə bir məxluqlarla bir işdə işləyirik. İstəmərəm ətrafımdakı dostlarım onlardan zərər görsün. Adını çəkmirəm. Bu oyunlar başladı "İmtahan" serialı ərəfəsində. Oradandır. Üzümü tutub rejissora, aktyora, sənət aləmindəki adamlara deyirəm ki, ehtiyatlı olsunlar. O qızla hər dəfə ayrılırdım, amma oyunları elə yerə gətirib çıxarırdı ki, barışırdıq".
Qeyd edək ki, Corcun bir müddət əvvəl "İmtahan" serialında birlikdə rol aldığı Aidə Cəbiyeva ilə səmimi görüntüləri yayılmışdı. Onların sevgili olduğu iddia edilirdi. Sözügedən serialda Corc Aqil, Aidə isə Ahu obrazını canlandırıb.