Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2021 14:48
Cəlal Rayi Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Risklərin idarə edilməsi və investisiya departamentinin direktoru vəzifəsinə təyin edilib.
Fonddan Sonxeber.net-a verilən məlumata görə, C. Rayi 2005-2009-cu illərdə Hindistanın Banqalor Universitetinin biznesin idarə olunması ixtisasını bakalavr dərəcəsi üzrə fərqlənmə diplomu ilə bitirib.
2015-2017-ci illərdə isə ADA Universitetində və Niderlandın Magistr İdarəetmə Məktəbində biznesin idarə olunması ixtisası üzrə xüsusi magistr dərəcəsini bitirib.
Əlavə olaraq, C. Rayi 2018-ci ildə dünyaca məşhur Qlobal Risk Peşəkarları Birliyi İnstitutunun maliyyə riskinin idarə edilməsi ixtisası üzrə sertifikatına sahib olub.
C. Rayi 2012-ci ildən bu günədək həm özəl, həm də dövlət təşkilatlarında peşəkar mütəxəssis kimi çalışıb. Son təyinata qədər isə o, "XalqBank" ASC-nin Risklərin idarə edilməsi departamentində mütəxəssis kimi fəaliyyət göstərib.