Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2021 16:26
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən Penza, Ufa və Çelyabinskdə ölkədə terror təşkilatı olaraq tanınan "Hizb ut-Tahrir" təşkilatının dörd hücrəsi zərərsizləşdirilib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, əməliyyat zamanı 4 rəhbər şəxs və təşkilatın 11 fəal iştirakçısı saxlanılıb.
FSB-nin məlumatına görə, saxlanılan şəxslər terror təşkilatlarının xarici emissarların göstərişləri ilə Rusiya ərazisində terrorizm ideologiyasının yayılması üzrə məqsədyönlü şəkildə fəaliyyət göstəriblər.