Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Güneldən aktyora ağır sözlər: “Əgər sənə qız verirlərsə...“ - Qalmaqal

Güneldən aktyora ağır sözlər: “Əgər sənə qız verirlərsə...“ - Qalmaqal

Tarix: 7 Iyul 2021 18:55

Aktyor Elməddin Cəfərov qalmaqal yaradacaq açıqlama verib. Canlı yayımda olan aktyor bildirib ki, oğlunun şou-biznesdə olan xanımla evlənməsinə razı olmaz.

Müğənnilərin də Elməddinə cavabı gecikməyib.

Sonxeber.net xəbər verir ki, yenisabah.az-a danışan müğənni Günel Ələkbərova ("Pişik" Günel) Elməddinin bu fikirlərini sərt tənqid edib:

"Elməddin özü aktyordur, səhnədədir, əgər ona qız verirlərsə, o niyə almır ki? Səhv eləmirəmsə, hərdən mahnı da oxuyur. Ona qız veriblərsə, deməli, oğluna müğənni də ala bilər, aktrisa da. Burda nə var ki? Niyə camaata belə fikirlər təlqin edirlər, müğənnilərə nə olub ki? Elə müğənni xanımlar var ki, çox gözəl ailəsi var. Təvazökarlıqdan uzaq olsa da, onlardan biri də mənəm. Allaha şükür, 9 ildən çoxdur ailəm də var, övladıma da baxıram, evimin hər işini də görürəm. Burda nə problem var? İnsanlara bu fikri yeritmək düzgün deyil, onsuz da son vaxtlar  müğənnilərin daşı ağırdır, daha da qıcıq yaratmasınlar. İkincisi, Elməddin, sən guya özün kimsən ki? Özün də şou-biznes adamısan, aktyorsan. Onda belə çıxır ki, aktyor, aktrisalarla heç kəs evlənməsin?! Nə dəxli var axı, sənət sənətdir, insanlıq da öz yerində".

Qeyd edək ki, aktyor bu fikirləri səsləndirmişdi: "Oğlum kimlə ailə qurmaq istəyərsə, qarışmaram. Azərbaycanlı xanımla evlənə bilər. Amma onun müğənni qızla ailə qurmasına razı olmaram. İstəmirəm. İstərdim ki, gəlinim evdar olsun. Müğənni xanımlar işlə bağlı ora-bura qaçırlar, çətin olur". 


Etiketlər:  Güneldən aktyora ağır sözlər Əgər sənə qız verirlərsə Qalmaqal


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ