Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Best model"da çəkilən bu FOTOlar lağa qoyulub

Tarix: 7 Iyul 2021 21:45

34-cü dəfə keçiriləcək "Best model Turkey" yarışmasının seçim mərhələsi İstanbulda start götürüb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, yarışdan paylaşılan fotolar sosial mediada lağa qoyulub.

Kıvanç Tatlıtuğ, Kenan İmirzalıoğlu, Güzide Duran və Deniz Akkaya kimi adların seçildiyi müsabiqənin budəfəki turnirində iştirakçıların yerdə dizüstü əyləşməsi izləyicilər tərəfindən xoş qarşılanmayıb. Şəkillərə "Best Model, yoxsa kölə bazarı, bəlli deyil", "Yarışmacıları əsgər kimi düzüblər" tipli şərhlər yazılıb.

Qeyd edək ki, təşkilatçı Erkan Özerman tərəfindən təşkil edilən edilən müsabiqəyə 25-i qadın, 79-u kişi olmaqla 196 nəfər qatılıb.

Milli.Az


Etiketlər:  Best modelda çəkilən bu FOTOlar lağa qoyulub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ