Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avqustun 1-dən Özbəkistanda toy, ad günləri və digər ailə şənliklərinin keçirilməsinə məhdudiyyətlər qoyulur

Avqustun 1-dən Özbəkistanda toy, ad günləri və digər ailə şənliklərinin keçirilməsinə məhdudiyyətlər qoyulur

Tarix: 7 Iyul 2021 22:26

Avqustun 1-dən Özbəkistanda COVID-19-la mübarizə çərçivəsində kütləvi tədbirlərin, idman yarışlarının (tamaşaçı olmadan belə yarışlar keçirilə bilər), konsert və festivalların, teatr və kino salonlarının fəaliyyəti dayandırılır, toy, ad günləri və digər ailə şənliklərinin, dəfn mərasimlərinin keçirilməsinə məhdudiyyətlər qoyulur. Belə tədbirlərdə sanitar qaydalara əməl olunmaqla iştirakçıların sayı 50 nəfərdən çox olmamalıdır.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu haqda Özbəkistan Koronavirusla bağlı Xüsusi Respublika Komissiyası qərar qəbul edib.

Mayın 28-dən isə paytaxtda gecə klubları, diskoteka və karaoke salonları, komputer oyunları mərkəzləri, restoran, kafe və çayxanalar 08:00-dan 20:00-dək işləyir.

Məscidlərin həyətlərində namaz qılmaq məsləhət görülür.

Özbəkistanda son sutkada koronavirusa 498 yoluxma halı qeydə alınıb.


Etiketlər:  Avqustun dən Özbəkistanda günləri digər ailə şənliklərinin keçirilməsinə məhdudiyyətlər qoyulur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ