Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Paşinyanın Rusiya səfərini burnundan gətirən QƏRAR - Ermənilər qorxu içində

Paşinyanın Rusiya səfərini burnundan gətirən QƏRAR - Ermənilər qorxu içində

Tarix: 8 Iyul 2021 11:12

Postkonflikt mərhələsi 44 günlük Vətən müharibəsi qədər əhəmiyyət daşıyır. Əgər müharibədən sonrakı bu mərhələdə Azərbaycan təşəbbüsü əldən verərdisə, II Qarabağ müharibəsində qazanılan qələbənin mahiyyəti tamamilə itəcəkdi. Lakin, hadisələrin xronologiyası hər şeyin məhz rəsmi Bakının istədiyi kimi irəlilədiyini göstərir.

İşğaldan azad edilən ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, əhalinin doğma yurd-yuvalarına qayıdışı istiqamətində tədbilərə start verilib. Düşmən tapdağından azad edilən ərazilən zəngin iqtisadi potensialı, təbii sərvətləri və geniş turizm imkanlarının inkişafının təmin edilməsi iqtisadi rayonlar üzrə bölgüyə yenidən baxılmasını şərtləndirirdi. Ötən gün məhz bununla bağlı Prezident İlham Əliyevin imzaladığı Fərman dosta güvən, düşmən üçün dərdə çevrildi. Prezidentin iqtisadi rayonların yeni bölgüsü haqqında Fərmanına əsasən ən diqqət çəkən məqamlardan biri Azərbaycanda Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının yaradılması məsələsi oldu. Fərmana görə, Qarabağ iqtisadi rayonuna Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları daxil edilib. Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları ilə seçilən Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonları isə Şərqi Zəngəzur vahid iqtisadi rayonuna daxil edilib. Təbii ki, bu fərman xüsusilə iki aspektdən daha çox əhəmiyyət kəsb edir:

Azərbaycan Respublikasının iqtisadi rayonlarının yeni xəritəsi

I. İqtisadi rayonların yeni bölgüsünün iqtisadi əhəmiyyəti olduqca böyükdür. Şərqi Zəngəzur iqtisadi rayonu hər şeydən öncə dağ-mədən ehtiyyatları, torpaq ehtiyyatları, heyvandarlığın inkişafı üçün yaylaqlarla, eyni zamanda taxılçılıq üçün zəngindir. Dolayısı ilə bu gün Azərbaycanda həyata keçirilən ərzaq təhlükəsizliyi, qida təhlükəsizliyi konteksində qiymətləndirəndə, bu rayonun potensialının bundan sonrakı mərhələdə və Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunmasında nə qədər kömək edəcəyi ortaya çıxır. 

II. Şərqi Zəngəzur vahid iqtisadi rayonu kimi Qarabağ regionuna da bu fərmanla vahid bir inzibati ərazi kimi baxılması regionda aparılacaq quruculuq-bərpa işlərinin, iqtisadi inkişafının sistemli həyata keçirilməsi üçün nə qədər əhəmiyyət kəsb edirsə, Azərbaycanın yeni geosiaysi reallıq çərçivəsində regiondakı üstünlüyünü möhkəmləndirmək baxımından da bir o qədər əhəmiyyət daşıyır. Belə ki, Qarabağ iqtisadi rayonunun yaradılması 10 noyabr üçtərəfli bəyanatından sonra çoxlarımızın beynində sual işraəsi olaraq qalan Xankəndi, Xocalı və Xocavənd məsələsinin rəsmən bitdiyini göstərdi, müharibədən sonra "Xankəndi, Xocalı və Xocavəndin taleyi necə olacaq?" suallarına rəsmi cavab verildi. Qarabağın "statusunun" sözün əsl mənasında gorbagor olduğu dövlət başçısının imzaladığı rəsmi sənədlə təsdiqini tapdı. Bununla eyni zamanda Xankəndi, Xocalı və Xocavənddə yaşayan ermənilər yalnız Azərbaycan vətəndaşı kimi bölgədə yaşaya biləcəyi aydınlaşdı.

Beləliklə, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" fərmanı iki detal tarixi əhəmiyyəti var: Dövlət Qarabağa dair açıq qalan məsələlərlə bağlı mövqeyini rəsmi sənədlə bəyan etdi və Azərbaycanın gələcək strateji hədəfi rəsmiləşdi.

Başda Paşinyan olmaqla, hələ də revanş istəyi ilə yaşayan qüvvələr və havadarları anladılar ki, Şərqi Zəngəzur olan yerdə Qərbi Zəngəzur məsələsi də mütləq var. Paşinyanın Rusiya səfəri zamanı Azərbaycan Prezidentinin bu iqtisadi rayonların formalaşdırılması haqda sərəncam imzalaması düşmənin səfərini gözündən gətirməklə yanaşı, onu daxildən də çalxaladı. 

Başqa cür də ola bilməz. İndi bizi narahat edən müəyyən məsələlər var. Yaxın vaxtlarda onlar da həllini tapacağı şübhə doöurmur. Yaxın vaxtlarda Xankəndidə də, Xocalıda da, Xocavənddə də, Ağdərədə də Azərbaycanın üçrəngli bayrağı dalğalanacaq, himni səslənəcək və orada da Azərbaycan qanunları işləyəcək. Və orada da kimliyindən, milliyyətindən asılı olmayaraq Azərbaycan qanunları qəbul edənlər yaşayacaqdır. 

Ermənistanla hərtərəfli sülh müqaviləsi imzalanana qədər sərhəddə atəşkəsin pozulması, bu cür təzyiqin saxlanılması onların marağındadır. Çünki ermənilərin başqa təzyiq imkanları qalmayıb. Müharibə uduzulub, ordu yoxdur. Bu təzyiq vasitəsilə onlar dünya ictimaiyyətinin diqqətini cəlb etmək istəyirlər ki, Qərb onlara kömək etsin. Əslində Ermənistanın bu addımı göldə batan şəxsin saman çöpünə bənzəyir. Məqsəd dünya ictimiyyətinin daim diqqətini burada saxlamaqdır. Faktiki olaraq belə bir vəziyyət yaranıb, onlar istəyirlər ki, dünya görsün ki, məsələ həll olunmayıb, münaqişə davam edir.

Amma dövlət başçısının bu fərmanı status-kvonun gorbagor olduğunun rəsmi təsdiqidir. Müəyyən ərazimizdə qalan separatçı rejimin qalıqları, onlara məxsus nə varsa, hamısı qarşıdakı yaxın zamanda məhv ediləcək və ərazimiz o separatçılardan, terrorçulardan, düşmənlərdən təmizlənəcək. İşğaldan azad etdiyimiz digər ərazilərimiz kimi Xankəndində də, Xocalıda da, Xocavəndə də Azərbaycanın qanunları daxilində, cibində Azərbaycanın vətəndaşlığını təsdiq edən sənədi daşıyan şəxslər yaşaya biləcəklər. 

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Paşinyanın Rusiya səfərini burnundan gətirən QƏRAR Ermənilər qorxu içində


RƏYLƏR