Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Efirdə terrorizm - Moskva niyə susur? - VİDEO

Efirdə terrorizm - Moskva niyə susur? - VİDEO

Tarix: 8 Iyul 2021 11:24

"Azərbaycan da beynəlxalq terrorizmin sponsorları sıarsındadır".  Bu sensasion və iftira dolu etiraf Rusiyanın  "Birinci kanalı"nın efirində gedən "Vremya pokajet" proqramının efirində səslənb və Bakıda bir çoxlarını şoka salmaqla yanaşı, çoxsaylı sual və narazılıq doğurub. Bu çirkin iftira iki müstəqil dövlət arasında münasibətlərin tarixində ilk haldır. Kremlin informasiya məkanında antiazərbaycan bəyanat və çağırışların ən sərt və əks-səda doğuracaq bir bəyanat təsiri bağışlayıb. Rusiyanın strateji tərəfdaşı olan dövləti, özündə 150-dən artıq dövləti birləşdirən Qoşulmama Hərəkatı kimi mötəbər quruma sədrlik edən Azərbaycanı terrorizmi maliyyələşdirən ölkə kimi qələmə verən isə aparıcı Artyom Şeyninin qonağı olan erməni mənşəli rus ekspert Sarkis Çaturyan olub.

Verilişdə əvvəlcə Əfqanıstanda vəziyyətin gərginləşməsini müzakirə edən Sarkis Çaturyan çoxmilyonluq rus auditoriyasına bəyan edib ki, Rusiyanın cənub sərhədlərində əsas təhlükə heç də fəaliyyəti Rusiyada qadağan olunan Taliban hərəkatından gəlmir. "Təhlükə heç də taliblərdən gəlmir - Türkiyə və Azərbaycandan gəlir", deyə şovinist erməni eksperti bildirib. Erməni ekspertin bəyanatı o mənada ikiqat sensasiyadır ki, bu şəxs proqramda əsas fiqur kimi at oynadır, yerdə qalanlar da sanki ona züy tutmuş vəziyyətdə olub. Proqram boyu onların erməni ekspertlə razı olub-olmadıqları da bəlli olmur. Halbuki, onların diqqətinə çatdırılmalı idi ki, Moskva, Bakl və Ankara üçtərəfli 9 noyabr sazişinin inzalanmasının qarantı qismində çıxış ediblər, birgə monororinq mərkəzi açıblar. Necə bu dövlətlər terrorizmi maliyyələşdirə bilərlər?

Proqramda erməninin fikirlərini təkzib etməyə çalışan, onun türkofob fikirlərini təkzib edən tək şəxs "Kommersant" qəzetinin şərhçisi Maksim Yusin olub. Onun sözlərinin mahiyyəti belə olub ki, Rusiyadan regiona ermənilərin baxışı ilə deyil, Rusiyanın gözü ilə baxmalıyıq. Beləliklə, necə deyərlər deyilən söz sərçə deyil. Düzdür, proqramda səslənən iftira dolu sözlər Rusiyanın Azərbaycanda qəbul olunmasına təsir edə bilməz. Lakin bu fikir uzun müddət Balkıda əks-səda doğuracaq. Və bundan ancaq təəssüf etmək olar.

Azər Nuriyev


Etiketlər:  Efirdə terrorizm Moskva niyə susur VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ