Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Orijinal bir şeyləri yoxdur" - Perihan plastik əməliyyat etdirənləri tənqid etdi

Tarix: 8 Iyul 2021 19:14

Türkiyəli aktrisa Perihan Ünlücan yerli mediaya verdiyi müsahibədə bəzi sualları cavablandırıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa əməliyyat etdirən bütün sənət dostlarının bir-birinə oxşamasından narahat olduğunu ifadə edib:

"Cəmiyyətin tətbiq etdiyi gözəllik anlayışı var. Mükəmməl olmaq... Amma mən qüsursuz gözəlliyi sevirəm. Plastik əməliyyat olmamışam və makiyaj etmirəm, təbii olmaq şəxsi həyatımda ən çox sevdiyim haldır. Hal-hazırda həmkarlarıma baxıram və çaşqınlıq içindəyəm. Hamı eynidir. Şişmiş dodaqlar, yanaqlar, hərəkətsiz qaşlar. Orijinal bir şeyləri yoxdur və bu, tətbiq olunan gözəllik anlayışının nəticəsidir. Avropaya və ya Amerikaya baxın, hamı təbii olmağa çalışır. Makiyajda olsalar belə, o dəbli geyimləri ilə də təbii və bənzərsizdirlər. Biz aktyoruq, mükəmməl olmalı deyilik, oynadığımız obraza uyğun görünməliyik. Şişmiş dodaq, gözdə tuşla kəndli qadını oynamamalısınız".

Perihan Ünlücan bununla belə səhnədə gözəlliyin böyük rol oynadığını da vurğulayıb:

"Gözəllik bu sahədə birinci prioritetdir. Bunu pis bir şey olduğu üçün demirəm. Hər kəs həyatında yaxşı şeylər istəyir. Gözəl şeylərə baxmağı sevir. Hər kəsin gözəllik anlayışı fərqlidir. Gözəlliyinizlə girirsiniz, ağlınız, əxlaqınız, nizam-intizamınız və zəhmətinizlə böyük aktrisa olursunuz. Sizi qapıya gətirən gözəllikdir, ancaq qapıdan keçmək və hər zaman orada qalmaq üçün isə bunlar lazımdır".

Milli.Az


Etiketlər:  Orijinal bir şeyləri yoxdur Perihan plastik əməliyyat etdirənləri tənqid etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ