Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın reket və dilənçi ''jurnalist''ləri - Bəladan necə qurtulaq?

Azərbaycanın reket və dilənçi ''jurnalist''ləri - Bəladan necə qurtulaq?

Tarix: 9 Iyul 2021 14:56

"Reket saytlar, reket jurnalistlər" - etiraf etməliyik ki, bu gün bu ifadə ilə hər birimiz qarşılaşır, lakin tənəli sözlər qarşısında hər hansı bir əks arqument qoya bilmirik. Onlar var, fəaliyyət göstərir, ən iyrənc formada jurnalistikadan başqa hər işlə məşğul olurlar. Pafoslu adlarla fəaliyyət göstərən onlarla, hətta yüzlərlə sayt peşəkarlıqdan uzaq, kimlərisə təhqir və əsassız şəkildə ittiham etmək tribunasına çevrilib. Bu gün ancaq peşəkar jurnalist fəaliyyəti ilə məşğul olanların işinə ləkə salmaqla məşğuldurlar. Yəqin ki, hər birimiz hansısa bir məclisdə və yaxud tədbirdə olarkən tanıdığımız və tanımadığımız şəxslərin dilindən yeri gəldi, gəlmədi jurnalistlərin ünvanına səslənən tənqidlərə rast gəlirik. "Gəlmişdilər", "nəsə umurdular", "pul istəyirdilər verdim, getdi" və s. bu kimi tənəli sözlər adi hal alıb. Və həmin şəxsdən də soruşanda ki, "pul verdiyin şəxsin adı nə idi, nə üçün verdin, harada işləyirdi", sənə cavab da ver bilmir.

Və illərdir ki, bu kateqoriyadan olan "jurnalistlərə" qarşı tədbirlər görülsə də, nəinki azalır, əksinə, "yağışdan sonra çıxan göbələklər" kimi artmağa başlayırlar. Bu gün də gəlinən qənaət budur ki, həmin kateqoriyadan olanlara qarşı sərt inzibati amillərdən istifadə olunmalıdır. Söz azadlığı, qanunlarımız imkan verir ki, istənilən şəxs çox rahat şəkildə 40 manat ödəməklə bir domen qeydiyyatdan keçirib sayt yaratsın. Axtarışa verəndə də, heç bir qeydiyyat ünvanları, işlədiyi bir redaksiya, ofis ünvanı, əlaqə telefonları yoxdur. Hər kəs də artıq anlayır ki, bu bir bəladır - Azərbaycan mediasını, xəbər məkanını çirkləndirən bir faktordur və bu hal da günbəgün güclənir.

Məqsəd və məramları kimlərisə şantaj etmək, bunun müqabilində pul almaq, hansısa yüksək çinli məmuru qaralamaq olan "reketlər"ə qarşı mübarizə sərt şəkildə aparılmalı, təmiz jurnalistikanı onlardan xilas etmək prioritet məsələ olmalıdır. Özlərinə müxtəlif pafoslu adlar seçib yalan informasiyalara üstünlük verən bu tip saytlara qarşı ciddi tədbirlər görülməsinin vaxtı çatıb.

Kamran Seyidov


Etiketlər:  Azərbaycanın reket dilənçi jurnalistləri Bəladan necə qurtulaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ