Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Britni, səni həbsxanadan çıxarmağa gəlirik" - Madonna

Tarix: 10 Iyul 2021 10:20

Hazırda atasının qəyyumluğundan xilas olmaq istəyən müğənni Britni Spirsə həmkarı Madonnadan dəstək gəlib.

Mili.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə Madonna İnstaqram səhifəsində yazıb: 

"Bu qadına öz həyatını qaytarın. Köləlik çoxdan ləğv edilib! Əsrlər boyu qadınlarla bunu edən acgöz patriarxa ölüm. Bu, insan hüquqlarının pozulmasıdır! Britni, səni həbsxanadan çıxarmağa gəlirik".

Qeyd edək ki, Britney Spirsin atası Ceymi Spirs 10 ildən çoxdur davam edən qəyyumluq dövründə 2,4 milyon dollar gəlir əldə edib. Müğənni qəyyumluqdan xilas olmaq üçün iyunun 23-də məhkəməyə müraciət etmiş, lakin onun tələbi yerinə yetirilməmişdi.

Xatırladaq ki, pop kraliçası narkotik aludəçiliyi səbəbi ilə xəstəxanaya yerləşdirildiyi 2008-ci ildən bəri atasının himayəsindədir. Qəyyumlar onun həyatı, karyerası və maliyyə vəziyyətinə tam nəzarət edirlər. Britni özü bu yaxınlarda mövcud vəziyyətə görə acınacaqlı halda olduğunu və başqa bir uşaq dünyaya gətirmək istədiyini, lakin buna icazə ala bilmədiyini açıqlayıb.

Milli.Az


Etiketlər:  Britni səni həbsxanadan çıxarmağa gəlirik Madonna


RƏYLƏR