Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2021 09:35
Aktyor Aydemir Akbaş illər sonra etdiyi etirafları ilə hər kəsi təəccübləndirib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, həmkarı Beyhan Benek ilə ilk dəfə 1964-cü ildə nikah masasına oturan aktyor iki dəfə boşanıb və üç dəfə evlənib.
Aydemir "Əgər Beyhan ilə evlənməsəydim nikah masasına oturacağım şəxs Nebahat Çehre olardı" sözlərini deyib.
85 yaşlı Aydemir Nebahata aşiq olduğunu etiraf edib. "Onun ev xanımlığına, düzəninə heyranam, gerçək bir qadındır. Onun kimi bir qadın çətin tapılır. Çox gözəl yaşadı, səviyyəli bir xanımdır. Ona görə də həyatına indi heç kimi daxil etmir. Nebahatin səviyyəsinə çatmaq çox çətindir" deyə, aktyor əlavə edib.