Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2021 10:06
"TikTok" videoservisi kontentin moderasiyası sisteində dəyişiklik etməyə hazırlaşır.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Çin şirkətinin mətbuat xidməti məlumat yayıb.
Bundan sonra sosial şəbəkədə kontentin moderasiyası üçün avtomatlaşdırılmış alqoritmlərdən istifadə ediləcək. Yenin sistem sayəsində zorakı və seksual səhnələrin yer aldığı videolar, həmçinin qanunsuz hərəkətlərin yol verildiyi, eləcə də qadağan edilmiş məhsulların reklamının əks olunduğu görüntülər avtomatik şəkildə silinəcək.
Silinən videonun müəllifinə müvafiq xəbərdarlıq göndəriləcək və o, qərardan apelyasiya şikayəti verə biləcək.
Avtomatik moderasiyanın yaxın günlərdə işə düşəcəyi bildirilib.