Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

FETÖ-yə qarşı böyük əməliyyat başladı - İzlər Bakıya gəlib çıxır

FETÖ-yə qarşı böyük əməliyyat başladı - İzlər Bakıya gəlib çıxır

Tarix: 12 Iyul 2021 15:48

Qardaş Türkiyə 15 İyul hadisələrinin ildönümü ərəfəsində FETÖ terror qruplaşmasına qarşı irimiqyaslı əməliyyatlara start verib.

Türkiyə mediası yazır ki, artıq əməliyyatlar çərçivəsində Qırğızıstanda saxlanılan Orhan İnandı Türkiyəyə gətirilib. Ardınca da keçmiş prezident Almazbek Atambayevə qarşı FETÖ istintaqı başladılıb. FETÖ-nun əsas dayaqlarından biri məhz bu ölkədədir, xüsusən dövlət daxilindəki kadrlarını yerləşdirməyə müvəffəq olub. Türkiyə MİT-i tərəfindən tutulub gətirilən FETÖ üzvü Orhan İnandının ölkəyə gətirilməsindən sonra Qırğızıstan Daxili İşlər Nazirliyi qruplaşmaya qarşı hərtərəfli istintaq aparılmasına qərar verib. İstintaq çərçivəsində keçmiş prezident Almazbek Atambayevin də adı siyahıya daxil edilib. Keçmiş prezident Atambayev, səlahiyyət müddətində FETÖ məktəblərində çalışan 10 Türkiyə vətəndaşına Qırğızıstan vətəndaşlığı verməkdə günahlandırılıb. O da bəlli olub ki, 2017-ci ildə Orhan İnandı təşkilatın lideri Fətullah Gülənin təlimatı ilə Qırğızıstanla yanaşı, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Tacikistan və Özbəkistanı əhatə edən bölgənin baş meneceri olub.

FETÖ-nun baş qərargahını ziyarət etdi

Qırğızıstanda olduğu dövrdə FETÖ liderini tez-tez ziyarət etdiyi bildirilən Orhan İnandı, bu ilin mart ayında Pensilvaniyaya getdiyi və təlimat aldığı da bəlli olub. Orhan İnandının, qurumun Mustafa Özcan, Naci Tosun, Barbaros Kocakurt kimi sözdə top-menecerləri ilə təmasda olduğu ortaya çıxıb. FETÖ-nün şifrəli rabitə proqramı ByLock-un istifadəçisi olan Orhan İnandı Pensilvaniyadan ByLock yolu ilə aldığı təlimatlarla Mustafa Özcan və Bank Asya-nın nümayəndələri üçün sığınacaq təmin edib.

1985-1995-ci illərdə Türkiyədə olarkən təşkilatın fəaliyyətlərində iştirak edən İnandı terror təşkilatı nəzdində fəaliyyət göstərən ev işçisi, qəyyum, menecer və təhsil müşaviri vəzifələrində çalışıb. Bəkir Ünal və Sait Aksoy FETÖ-nün bu dövrdə Ankaradakı təşkilatın evlərindəki toplantılarında TSK imamı qaçaq Adil Öksüz ilə də görüşdüyü müəyyən edilib. İnandinin FETÖ-nün Mərkəzi Asiyada çirkli pullarını idarə etdiyi və Mərkəzi Asiyada Türkiyə Cümhuriyyətinə qarşı fəaliyyət göstərdiyi ifadə edilib.

Azər Nuriyev


Etiketlər:  FETÖ qarşı böyük əməliyyat başladı İzlər Bakıya gəlib çıxır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ