Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Düşmənin ələ keçirmək istədiyi Qaraqayadan görüntülər - VIDEO - FOTO

Düşmənin ələ keçirmək istədiyi Qaraqayadan görüntülər - VIDEO - FOTO

Tarix: 12 Iyul 2021 18:26

Qaraqaya - bu, Azərbaycanın yenilməz ordusunun nəzarət etdiyi yüksəkliyin adıdır. Tovuz döyüşlərinin ildönümü ilə əlaqədar "Qafqazinfo" sözügedən yüksəkliklə oxucuları tanış edir. 

Kənardan Şuşanın üzərində dayandığı qayalara bənzəyir. Elə o qayalar kimi möhtəşəm, onun kimi əzəmətlidir...

Bizi posta aparan hərbi maşından düşər-düşməz qarşıma samovar çayı dəmləyən əsgərimiz çıxır. Bu, çox xoş mənzərə olmaqla yanaşı, ötən ilin iyulunda düşmən tərəfindən guya Qaraqaya yüksəkliyinin ələ keçirilməsi ilə bağlı yayılan dezinformasiyalara ən mədəni cavab idi.

Azərbaycan əsgəri yerindədir, yenilməzdir, Qaraqaya əzəldən olduğu kimi bizimdir!

2020-ci ilin iyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri bu istiqamətdə mövqelərimizi ələ keçirmək məqsədilə hücuma keçməyə cəhd göstərib. Düşmənə qarşı cavab tədbirlərinin görülməsi ilə bağlı bu istiqamətdə yerləşən bölmələrə komandanlıq tərəfindən dərhal əmr verilib. Görülən tədbirlər nəticəsində düşmən hücumunun qarşısı alınıb, onun müdafiəsinin ön xəttindəki atəş nöqtələri, müdafiəsinin dərinliyində yerləşən ehtiyatlar, dayaq məntəqələri, artilleriya qurğuları, müxtəlif təyinatlı hərbi obyektlər, döyüş texnikası və yüzədək canlı qüvvəsi məhv edilib.

İyulun 17-si axşam saatlarınadək davam edən döyüşlər zamanı Azərbaycan tərəfi hər hansı ərazi itkisinə yol verməyib. Düşmən hücumunun qarşısını alarkən 12 hərbi qulluqçumuz - General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, MAXE əsgər Elçin Mustafazadə, MAXE çavuş Vüqar Sadıqov, MAXE əsgər Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov, əsgər Xəyyam Daşdəmirov şəhidlik zirvəsinə ucalıb.

Milli.Az


Etiketlər:  Düşmənin ələ keçirmək istədiyi Qaraqayadan görüntülər VIDEO FOTO


RƏYLƏR