Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2021 18:54
ABŞ-da hindistanlı "Qırmızı Boy" kimi tanınan 21 yaşlı reper Zerail Dijon Rivera İnstaqramda canlı yayım edərkən naməlum şəxs və ya şəxslər tərəfindən öldürülüb.
Sonxeber.net haberturk-ə istinadən xəbər verir ki, Rivera avtomobilində dostu ilə canlı yayımda olarkən silah səsləri eşidilib. Bu zaman repçinin "kömək et!" səsləri gəlib. Hücuma məruz qalan reper, avtomobilində yerə yıxılarkən cib telefonunu əlindən yerə atıb. Ancaq canlı yayım davam edib, repçi və dostunun qışqırıqları canlı olaraq eşidilib. Səlahiyyətli orqanlar tərəfindən edilən açıqlamada, hücumun əvvəlcədən düşünüldüyü və qətlin bir dəstə tərəfindən törədildiyi ehtimalı vurğulanıb. Polis hücumu törədən şəxs və ya şəxsləri axtarır.
Kamran Seyidov