Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2021 21:26
İngiltərə və Danimarka milli komandaları arasında AVRO-2020 ikinci yarımfinal oyunu ərəfəsində Avropa futbolunda iri qalmaqal baş verib. Sonxeber.net Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, FİFA-nın İsveçdən olan keçmiş hakimi Yunas Eriksson Avropa futbol assosiasiyaları ittifaqını (UEFA) korrupsiyada ittiham edib.
Sonxeber.net xəbər verir ki, "Milyonçu" ləqəbli keçmiş hakim öz Instagram səhifəsində turnirin həlledici oyunlarına hakimlərin ədalətsiz təyin olunduğunu yazıb.
"Tez-tez turnirin son oyunlarına hakimlərin necə seçildiyini soruşurlar. Bu, kirli, siyasət dolu, yalan dünyadır və burada kiminlə isə dostluq, korrupsiya, kiməsə sədaqət və milliyyət heç də ən sonuncu məfhumlar deyil. Etimadı heç də həmişə ən yaxşı nəticələr göstərənlər qazanmırlar", - deyə Eriksson yazıb.
O qeyd edib ki, futbol üzrə hazırkı Avropa birinciliyinin ən yaxşı hakimi artıq turniri tərk edib.
"Bu dəfə turnirdə bircə dənə də səhv etməmiş hakim artıq evlərinə göndərilib. Bu barədə qərar UEFA-nın ali rəhbərliyi tərəfindən qəbul olunub və bu qərar Avropa çempionatındakı çıxışlarla qətiyyən bağlı deyil. Digər hakimlərin, özləri də bunu bilmədən, yaxşı əlaqələri var, onlar ən yaxşı siyasi dəstəyə malikdirlər, yaxud vacib ölkələrdən gəliblər və onlar oyunlara hakimlik etməkdə davam edirlər", - deyə Eriksson əlavə edib.