Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məktəbi fərqlənmə attestatı ilə bitirən məzunların sayı açıqlandı

Məktəbi fərqlənmə attestatı ilə bitirən məzunların sayı açıqlandı

Tarix: 13 Iyul 2021 14:10

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 2 279 məzunu məktəbi fərqlənmə attestatı ilə bitirib.

Bu barədə Sonxeber.net-a idarədən məlumat verilib. Bildirilib ki, onlardan 1 517 nəfər ümumi orta təhsil səviyyəsi üzrə, 762 nəfər isə tam orta təhsil səviyyəsi üzrə təhsilini fərqlənmə attestatı ilə başa vurub.

Qeyd edək ki, ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatları ümumi orta və ya tam orta təhsil səviyyəsində oxuduğu müddətdə bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri 5 (beş) olan və buraxılış imtahanlarında hər bir fənn üzrə 75-dən (yetmiş beş) yuxarı bal toplayan məzunlara verilir.

Məzunlara ümumi orta təhsil haqqında və ya tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında baxılır və müvafiq qərar qəbul edilir.


Etiketlər:  Məktəbi fərqlənmə attestatı ilə bitirən məzunların sayı açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ