Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyəyə müalicəyə göndərilən qazi komaya düşdü

Türkiyəyə müalicəyə göndərilən qazi komaya düşdü

Tarix: 13 Iyul 2021 15:32

Vətən müharəsi qazisi, "Yaşat" Fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilən Yaqub Qəhrəmanlı komaya düşüb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Y.Qəhrəmanlı müharibədə başından zərbə alıb və gözünün arxa hissəsində qəlpə qalıbmış:

"İyulun 5-də Türkiyəyə aparıldı, orada əməliyyat etdilər, amma qəlpəni çıxarmaq mümkün deyildi. Başına plastik qapaq qoydular. Yaxşı idi, danışırdı, həkət edirdi.

İyulun 9-da xəstəxananın yataqxanasından çıxarıb amsafla aparmaq istəyəndə halı pisləşib, xəstəxanaya çaydırıblar, amma komaya düşüb".

Qeyd edək ki, Y.Qəhrəmanlı Prezidentin sərəncamı ilə "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

"Azəriqaz"ın əməkdaşı olan Y.Qəhrəmanlı həkim köməkçisi kimi öncə cəbhədə yaralılara tibbi xidmət edib.


Etiketlər:  Türkiyəyə müalicəyə göndərilən qazi komaya düşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ