Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2021 18:30
ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu olub.
Sonxeber.net xəbər verir ki, ikinci dəfə ailə həyatı quran tanınmış klarnet ifaçısı ilk evliliyindən danışıb:
"11 il aliləli olmuşam. Hər şeyi qurban vermişəm. Bəlkə də məni qınayarlar. Amma bu həyatda tək ayrılan deyiləm. Əvvəllər kiminsə ayrıldığını eşidəndə təəccüblə baxırdım ki, necə ola bilər?! Öz başıma gəldi. Həyatda itirdiyim heç nəyə üzülmürəm yeganə üzüldüyüm övladlarımdır. Onları qazanmaq üçün təmiz adımdan başqa hər şeyimdən vaz keçərdim. Təəssüf ki, övladlarımı mənə qarşı silah kimi istifadə edirlər. Onlar pis əhatədə yaşayırlar. Uşaqları mənə qarşı döndəriblər. Artıq hər şeyi zamana buraxmışam. Övlad elə şeydir ki, onun yerini heç kəs vermir. Balaca qızım mənimlə danışırdı. Onu da mən qarşı döndərdilər. Mən dedilər ki, əgər bizə xaricə getməyə icazə versən, uşaqlarla danışa bilərsən, yoxsa yox. Adam da uşaqdan silah kimi istifadə edər? Övladlarımın gələcəyi üçün hər şey etmişəm. Böyük qızıma demişəm ki, sənin ən böyük cehizin namusundur. Onlara tək arzum budur. Kasıb, ya varlı, əsas namuslu olsunlar. Həyatda öz valideynlərimə etmədiklərimi onların valideyninə etmişəm. Əsas odur ki, bu gün çox xoşbəxtəm, 11 il boşuna yaşamışam".