Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İçkili halda bara girmək istəyən qadınlar mühafizəçinin barmağını dişləyib qopardılar - VİDEO

İçkili halda bara girmək istəyən qadınlar mühafizəçinin barmağını dişləyib qopardılar - VİDEO

Tarix: 13 Iyul 2021 19:00

İstanbulda Taksim Sıraselviler küçəsindəki gecə klubunda dəhşətli anlar yaşanıb.

Sonxeber.net haberturk-ə istinadən xəbər verir ki, üç xarici qadın gecə klubuna girmək istəsə də, cəhdləri alınmayıb. Klubun təhlükəsizlik xidməti işçiləri həddindən artıq sərxoş olduqlarına görə qadınları içəri buraxmaq istəməyib. Bu zaman onlar arasında mübahisə başlayıb. Mühafizəçilərə hücum edən qadınları zorla çölə çıxarıblar. Bu vaxt qadınlardan biri mühafizəçinin barmağını dişləyərək qoparıb.

"Qadınlardan biri söyüş söyərək üzümə tüpürməyə başladı. Dostum müdaxilə etmək istədikdə çantayla vurdular" deyə zədə alan şəxs bildirib. Kəsilmiş barmağı axtarıb tapan dostları onu xəstəxanaya aparıb. Məlumat verildikdən sonra hadisə yerinə gələn polislər üç qadını nəzarət altına alıb. Mühafizəçinin barmağı yerinə tikilib.

Kamran Seyidov


Etiketlər:  İçkili halda bara girmək istəyən qadınlar mühafizəçinin barmağını dişləyib qopardılar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ