Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2021 19:42
Daha bir "İslam dövləti" yarana bilər, bu dəfə isə Mərkəzi Asiyada...
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Yevgeni Satanovski deyib.
Politoloq qeyd edir ki, ABŞ qoşunlarının Əfqanıstandan çıxmasından sonra Talibanın bütün ölkə ərazisini ələ keçirməsi və Əşraf Qəni administrasiyasından təmizləməsi ilə ölkədə böhran daha da dərinləşəcək:
"Onlar şimaldakıları - türkmən, özbək, tacikləri radikal üslubda uğurla islamlaşdırırlar. Bundan sonra da "İslam dövləti" təkrarlanır, lakin Mərkəzi Asiyada, Qazaxıstanda, həmçinin Rusiya ərazisi də kənarda qalmır".
Satanovski hesab edir ki, İŞİD-ə qarşı mübarizə aparmağı bacaran və postsovet məkanında aktivləşən Türkiyə talibləri də asanlıqla yola gətirəcək.