Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2019 21:36
İngiltərə Superkubokunda "Liverpul"la matçda zədələnən "Mançester Siti"nin futbolçusu Leroy Sane uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə klubun baş məşqçisi Pep Qvardiola məlumat verib: "Bu, çox pis xəbərdir. Yaşıl meydana dəqiq nə vaxt qayıdacağını deyə bilmərəm. Ümid edirəm ki, fevral və ya mart ayına kimi hazır olar".
Qeyd edək ki, Sane "Liverpul"la görüşün 13-cü dəqiqəsində zədələnərək meydandan çıxıb.