Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2021 13:34
ABŞ Prezidenti Co Bayden Türkiyədə yeni səfir postuna Ceff Fleykin namizədliyini irəli sürüb.
APA-nın xəbərinə görə, bu barədə Ceff Fleyk bildirib.
"Prezident Baydenin NATO müttəfiqi Türkiyə ilə münasibətlərin strateji əhəmiyyətini nəzərə alaraq, bu ölkədə səfir postuna namizədliyimi irəli sürməsinə və mənə göstərdiyi etimada görə qürur duyuram. Senat tərəfindən təsdiqlənərsə, xaricdə ABŞ-ın maraqlarını təmsil edən güclü, təcrübəli və bacarıqlı bir komandaya qoşulmaqdan məmnun olaram", - deyə Ceff Fleyk qeyd edib.
Respublikaçılar Partiyasının üzvü Ceff Fleyk Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin (2001-2013) və Senatın Xarici Əlaqələr Komitəsinin (2013-2019) üzvü olub. O, sabiq prezident Donald Trampın ən sərt tənqidçilərindən biri olub.