Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyul 2021 10:50
Modelyer Kayli Cennerin üç yaşlı qızı Stormi öz markasını yaradır.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, modelyer qızının öz ofisi olduğunu və onunla birlidə işə getdiyini bildirib. Eyni zamanda, qızının gizli markası olduğunu və yaxın zamanda işıq üzü görəcəyini açıqlayıb. Ofisdə çəhrayı oyuncaqları ilə də oynadığını deyən Kayli qızının ətrafında örnək alacaq bir çox qadının olduğuna diqqət çəkib.
Xatırladaq ki, bu Storminin anası ilə üzərində işlədiyi ilk iş deyil. Stormi 2020-ci ildə də anası ilə birgə kosmetika kolleksiyası hazırlayıb.
Qeyd edək ki, Kayli repçi Travis Skotla sevgilidir.