Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyul 2021 23:44
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) Qurban bayramı ilə bağlı sürücülərə müraciət edib.
İdarədən Sonxeber.net-a verilən məlumata görə, müraciətdə deyilir:
"Hörmətli vətəndaşlar və paytaxt sakinləri. Sizi qarşıdan gələn bayram münasibəti ilə təbrik edirik. Hər bir müsəlman üçün əziz olan bayramın təhlükəsiz şəraitdə keçirilməsi məqsədilə bir sıra qaydaları təkrar xatırlatmağı özümüzə borc hesab edirik.
Sizdən xahiş edirik ki, qurbanlıq üçün nəzərdə tutulan satış və kəsim mərkəzlərində olarkən dayanma-durma tələblərini pozaraq yolun hərəkət hissəsini zəbt edərək digər vətəndaşlar üçün narahatlığa səbəb olan hərəkətlər etməyəsiniz, eləcə də pandemiya şəraitində müəyyən edilmiş qaydalara əməl edəsiniz.
Bayramla əlaqədar uzaq məsafələrə şəxsi avomobillərlə hərəkət edən sürücülərdən isə bir daha nəqliyyat vasitələrinin texniki sazlığına əmin olduqdan sonra yola çıxmalarını, istirahət rejiminə əməl etmələrini və yol hərəkət qaydalarına diqqət yetirmələrini xahiş edirik".