Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İran Ermənistanda korona vaksininə görə alçaldılır

İran Ermənistanda korona vaksininə görə alçaldılır

Tarix: 16 Iyul 2021 12:26

Korona vaksini vurdurmaq üçün Ermənistana üz tutann iranlıların durumu o qədər acınacaqlıdır ki, yerli və xarici mətbuatın gündəminə çevrilib və İrana həqarət qazandırır.

Milli.Az xəbər verir ki, Ermənistanda korona vaksininin vurulması və İran vətəndaşlarının bunun üçün bu ölkəyə üz tutması bu günlərdə yerli və xarici mətbuatda yer alan kədərli mövzuya çevrilib.

İranlılar üçün yaxşı ev sahibliyi etməyən, kiçik bir ölkə olan Ermənistanda koronavirus vaksini vurulduğu haqqında yazmışdıq.

İranlılar Ermənistana axışır: İrəvanda küçədə yatırlar - FOTO

Ermənistanda korona vaksinasiyasını bəlkə də bir faciə hesab etməliyik, bunun əsas günahkarı vaksinasiya işinə laqeyd yanaşan İranın ilgili qurumlarıdır.

Çox sayda İran vətəndaşı korona vaksini vurdurmaq üçün böyük xərclərə qatlaşaraq Ermənistana üz tutub. Kartonlarda və küçələrdə yatmaqdan və izdihamlı növbələrdən tutmuş sərgərdan qalmağa qədər, bütün bunlar Ermənistanda vaksinasiyanın iranlılara qazandırdığı "töhfələr"dir.

Kamran Seyidov
Milli.Az


Etiketlər:  İran Ermənistanda korona vaksininə görə alçaldılır


RƏYLƏR