Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qarış-qarış təmizlənən Qarabağ - VİDEO

Qarış-qarış təmizlənən Qarabağ - VİDEO

Tarix: 16 Iyul 2021 12:44

REAL TV Füzuli və Cəbrayılda minatəmizləmə əməliyyatını izlədi

Milli.Az Real TV-ə istinadən bildirir ki, işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin nümayəndələrinə məlumat verildi ki, müharibədən sonra Qarabağda minatəmizləmə əməliyyatları zamanı 42 mindən çox partlamamış mina və silah sursat tapılıb.

Minalar əsasən Ermənistan, Rusiya istehsalıdır.

"Minalardan və partlamamış hərbi sursatlardan təmizlənmə üzrə" və "Hərbi-mülki əlaqələndirmə məsələləri üzrə" İşçi Qruplarının birgə iclasında görülən işlər müzakirə olundu,müvafiq qərarlar verildi.

Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin nümayəndələri FHN Dövlət Yanğından mühafizə xidməti Füzuli rayon Dövlət Yanğından Mühafizə Hissəsində oldular.

Məlumat verildi ki, yaxın müddətdə ərazidə plakatlar quraşdırılacaq. Xidmətin daha mütəşəkkil aparılması üçün hər cür şərait yaradılacaq.

Milli.Az


Etiketlər:  Qarış qarış təmizlənən Qarabağ VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ