Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyul 2021 13:16
Rayon ərazisində 6.3 min ha sahədə kartof əkilib
Sonxeber.net Real TV-ə istinadən bildirir ki, Tovuz rayonunda kartof yığımına sayılı günlər qalıb.Hazırda yığım üçün məhsulun son suvarma işləri həyata keçirilir.Əkin sahələri fermerlər tərəfindən mütəmadi olaraq diqqətdə saxlanılır.
Ümumilikdə bu il ir ərzində Tovuz rayonunda , 6.3 min ha sahədə kartof əkilib.
Ölkənin ən böyük kartof toxumu istehsalçısı və əkini ilə məşğul olan fermer Samir Cahangirzadə ötən ilə nisbətən bu il məhsuldarlığın daha bol olmacağını deyir. Onun sözlərinə görə məhsuladrlığöın bol olması üçün xarici ölkələrdən elit sort toxumlar idxal edilir.Məhsuldarlıq üçün daha lverişli olan toxumlar əkiildikdn sonra onlara xüsusi qulluq göstərir.Məhsuldarlıq hesabına 6 ayda daxili istehsalda artım müşahidə olunur.
Samir Cahangirzadə deyir ki, ilk növbədə kartof yığımı zamanı qarşıya qoyulan əsas prioritet ölkənin daxili təlabatını ödəməkdir. Bu istiqamətədə də hər il olduğu kimi bu ildə maksimal nəticə əldə edilləcəyi gözlənilir.Respublikanın ən böyük taxıl tədarükçüsünün sözlərinə görə bu istiqamətədə işlər fasiləsiz olara həyata keçirilir. Əlavə sahələri icarəyə götürülərək kartof əkilir..səd daxili bazarı daha keyfiyyətli və münasib qiymətə kartofla təmin etməkdir.təbii ki bütün bunaların fonunda dövlət dəstəyidə sahibkarların bu istiqamətədə stimul əldə etmələrinə əvəzssiz təsir gösətir.Eyni zamanda bölgələrədə yeni iş yerlərinin açılması və burdaki insanların işlə təmin olunmasıda sahibkarların əsas diqqət mərkəzində olan məsələlərdəndir.
Ölkə bazarlarının sahibkarlar tərəfindən kartofa olan daxili təlabatı ödənildikdən sonra ixaracada üstünlük verilir.2021-ci ilin ilk 6 ayı ərzində kartof ixracı 12.8% artaraq 91.7 min tona çatıb. İxracın əsas hissəsi (92.6%) Rusiyaya edilib. Rusiya ilə yanaşı 4.7 min ton Ukraynaya, 1.3 min ton Belarusa, həmçinin Qazaxıstan, Gürcüstan və Moldovaya da az həcmdə kartof ixrac edilib. İxracın ümumi dəyəri 39.8 milyon ABŞ dolları olub. İstehsalın həcmi məhsuldarlğın artırılması hesabına artıb.bir sözlə kartof ixracı rekord səviyyəyə çatıb.qeyd edək ki, cari il ərzində respublika ərazisində Gədəbəydə 10 min hektar, Şəmkirdə, 6.6 min ha Cəlilabadda 5.4 min ha Qusar isə 2.2 min ha sahdə kartof əkilib.