Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2021 01:34
PSJ futbol klubunun və Braziliya millisinin hücumçusu Neymar imicində dəyişiklik edib.
Sonxeber.net xəbər verir ki, "Instaqram"da braziliyalının sarı hörüklərlə (dred) fotoşəkili yayılıb. O eyni zamanda öz sosial şəbəkə hesabının hekayə bölməsində də yeni stilində paylaşım edib.
Neymar bu yaxınlarda PSJ ilə müqaviləni 2025-ci ilin yayına qədər uzadıb. Keçən mövsüm 29 yaşlı futbolçu Fransa çempionatında 17 oyun keçirib və 9 qol vurub.