Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2021 05:36
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış tədbiri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Seyidlər kənd sakini Natiq Quliyevdən bir ədəd müvafiq sənədləri olmayan "TOZ" markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Faktla bağlı Saatlı RPŞ-də araşdırmalar aparılır.
Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.