Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2021 09:30
Tanınmış iqtisadçı ekspert Natiq Cəfərli erməni Nairi Oxekyanın Nikol Paşinyan haqda sosial şəbəkə üzərindəki iddialarını ictimailəşdirib.
Sonxeber.net xəbər verir ki, axar.az mövzunun maraqlı olduğunu nəzərə alaraq, sözügedən yazını təqdim edir:
"Ermənistanda bir "beyinsiz vətənpərvər" (bu adı ona Paşinyan verib) var - Nairi Oxekyan, 2006-cı ildə Paşinyanla bir tədbirdə mübahisəsini yazıb, indi Nikolun ən sərt tənqidçilərindən biridir. Nairi deyir ki, 2006-cı ildə Azərbaycandan iki jurnalist gəlmişdi (adlarını da qeyd edib), müzakirələrin birində Nairi bizimkilərə deyib ki, ermənilər heç vaxt "Artsaxdan" vaz keçməyəcəklər. Bu zaman Nikol Paşinyan (o vaxt jurnalist idi) ona cavab verib ki, sən beyinsiz vətənpərvərsən, Qarabağ məsələsi bizim üçün daimi baş ağrısıdır, Azərbaycan torpağıdır, qaytarsaq, bu yükdən qurtulsaq, Türkiyə ilə sərhədlərimiz açılar, Azərbaycan üzərindən Orta Asiya ilə iqtisadi əlaqələr qurular, Türkiyə və Azərbaycandan yatırımlar gələr, ağlınız olsun!
Sonra Nairi 2019-cu ildə başqa bir görüşdən danışır, deyir ki, tədbirlərin birinə Lapşin (Belarusda həbs edilərək Azərbaycana ekstradisiya edilən bloger - red.) gəlmişdi, Paşinyan da Baş nazir kimi mərasimə qatılmışdı. Nikol Lapşindən soruşub ki, səni çox incitdilər Azərbaycanda, türmədə? Lapşin də cavab verib ki, hə, 9 ay saxladılar. Bu zaman Paşinyan Lapşinə, "yaxşı ediblər, bilmirsiz ki, işğal altında olan torpaqlara getmək olmaz?! Beynəlxalq hüquqa görə Qarabağ Azərbaycan torpağıdır". Nairi deyir ki, bu cavabdan hamı şok yaşayıb...
Mən bilmirəm bunlar doğrudur, ya yox, amma Nairi Oxekyan Paşinyanı qaralamaq üçün bu yazını yayıbsa və ya doğrudan da bu hadisələr olubsa, deməli, Nikol doğrudan da çox ağıllı adamdır".