Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qurbanlıq almaq istəyənlərin nəzərinə - BUNU HAMI BİLMƏLİDİR - VİDEO

Qurbanlıq almaq istəyənlərin nəzərinə - BUNU HAMI BİLMƏLİDİR - VİDEO

Tarix: 17 Iyul 2021 10:36

Qurban bayramına sayılı günlər qalıb. Elə buna görə də, bu gündən qurbanlıq heyvanların onlayn satışı başlayıb. Artıq vətəndaşlar öz qurbanlıqlarını indidən seçə bilərlər. Qeyd edək ki, satılan qurbanlıqların əksəri yerli təsərrüfatlara məxsusdur. 

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, qurban bayramı ilə əlaqədər satışa çıxarılan heyvanlar əsasən yerli təsərrüfatlara məxsusdur. Bundan başqa, Dağıstan və digər qonşu ölkələrdən də qurbanlıqlar dövlət xətti ilə ölkəmizə gətirilib. 

"Aqrar Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, həmin heyvanların onlayn satışı üçün nəzərdə tutulan portal bu gündən alıcıların istifadəsinə verilib. 

Qurban kəsmək istəyənlər ''qurbanlıq.kendden.az'' saytına daxil olaraq yarmarkalardan çəkisinə uyğun olaraq öz qurbanlıqlarını sifariş edə bilərlər. Vətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıqları hazır kəsilmiş formada Bakı, Abşeron və Sumqayıt ərazisində 7 yarmarkadan götürə biləcəklər

Həmçinin qurban sifariş edənlərə sifarişin təsdiqi ilə bağlı əlavə sms də göndəriləcək. Qeyd edək ki, portalda sifarişlər 19 iyul saat 00:00-dək davam edəcək. 

Bundan başqa, vətəndaşlar qida təhlükəsizliyi agentliyinin saytına daxil olaraq, oradan da fərdi təsərrüfatlardan gətirilən qurbanlıqları sifariş edə bilərlər.

Milli.Az


Etiketlər:  Qurbanlıq almaq istəyənlərin nəzərinə BUNU HAMI BİLMƏLİDİR VİDEO


RƏYLƏR